Şuşa artıq keçmişin həsrət dolu xatirəsi deyil, müasir Azərbaycanın inkişaf edən, yenidən canlanan və dünyaya açılan şəhəridir

Şuşa artıq keçmişin həsrət dolu xatirəsi deyil, müasir Azərbaycanın inkişaf edən, yenidən canlanan və dünyaya açılan şəhəridir

 

Bu əlamətdar günün əsas mənası isə ondan ibarətdir ki, Azərbaycan xalqı öz tarixinə, mədəniyyətinə və milli dəyərlərinə sahib çıxaraq ən böyük arzularından birinə çatıb. Şuşa yenidən bizimlədir, öz əvvəlki şöhrətinə qayıdır və gələcək nəsillərə əbədi olaraq Azərbaycan şəhəri kimi miras qalacaq.

Şuşanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və bütün qəhrəmanlarımıza minnətdarlığımızı bildiririk. Qoy Şuşada daim sülh, əmin-amanlıq, quruculuq və firavanlıq hökm sürsün!“Dövlətimizin başçısı İlham Əliyevin  31 iyul  2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq 8 noyabr Şuşa Şəhəri Günü kimi qeyd edilir. 8 noyabr xalqımızın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış ən şərəfli və qürurverici günlərdən biridir. 2020-ci il noyabr ayının 8-də Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz hərb tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi yazaraq Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərini işğalçılardan azad etdi. Cənab İlham Əliyevin Sərəncamı ilə Zəfər Günü, eyni zamanda, Şuşa Şəhəri Günü statusu alan bu tarix 30 illik işğala, xalqımızın torpaq həsrətinə son qoyulduğu, gələcək hədəflərin müəyyənləşdirildiyi bir gün oldu.  8 noyabr 2020-ci il tarixində  Şəhidlər xiyabanından Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdıran dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev  böyük qürur hissi ilə bildirdi ki, iyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata verdiyi müsahibələrində bu fikirləri dəfələrlə qeyd etmişdir ki,  işğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.Millət vəkili qeyd edib ki,  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən bu reallığı xüsusi vurğulayır ki, Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Bu əminlik də ifadə edilir ki, Şuşa əməliyyatı dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi  şanlı Qələbəmizdir.Şuşa bu gün azaddır, dirçəlir, iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Bu məkandan mütəmadi olaraq dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq, birlik çağırışları edilir.

 

Elmir Rəhimov – Zərdab şəhər sakini, fəal gənc

 

Şərh yazın