Bu gün hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, İlham Əliyev kimi Prezidenti var
Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan dünyanın iqtisadi, siyasi və humanitar mərkəzinə çevrilib. Bütün sahələrdə ilklərə imza atan ölkəmiz müxtəlif beynəlxalq səviyyəli tədbirlər üçün ideal məkan seçilməklə malik olduğu imkanlarını dünyaya təqdim edir. Multikulturalizmin , toletarantlığın vətəni kimi tanınan Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri biz araya gətirməklə dünyaya sülh, əmin-amanlıq, əməkdaşlıq, birlik və həmrəylik mesajını ünvanlayır. Prezident İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu amil dayanır ki, güclü dövlət , yüksək rifah həyata keçirilən siyasətin əsasını təşkil edir. Hər bir Azərbaycan vətəndaşının məmnunluğunun artırılması dövlətimizin başçısı İlham Əliyevin fəaliyyətinin əsasında dayanır. Bu isə öz növbəsində xalq-iqtidar birliyini daha da möhkəmləndirir, sarsılmaz edir Daim ictimaiyyətin arasında olan , irəli sürülən təşəbbüslərin, qəbul olunan qərarların icrası ilə yaxından tanış olub, onlar barədə xalqın dilindən eşitməyə çalışan liderə milyonların sevgisi şəksiz olacaq.
Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri- neft sektorunun hesabına olması qarşıya mühüm vəzifə kimi qoydu. Ümummilli lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilini önə çəkməsi bu günümüzə hesablanmış addımlar sırasında idi. Belə ki, neft- qaz gəlirlərinin düzgün idarə olunması üçün 1999- cu ildə yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilən sosial- iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirdi. Həyata keçirilən regional inkişaf proqramları nəticəsində paytaxt və bölgələr arasında fərq tamamilə aradan qaldırıldı. Artıq inamla demək olar ki, hər bir kənd, qəsəbə quruculuq dövrünü yaşayır. Hazırda bölgələr arasında sağlam rəqabət gedir. Müasir iqtisadi və sosial infrastrukturun yaradılması bugünümüzün əsas hədəflərindən olan sahibkarlığın inkişafını sürətləndirən faktorlar sırasındadır. Bölgələrdə enerji, su, qaz tələbatının yüksək səviyyədə ödənilməsi qeyri- neft sektorunun inkişafına təsir göstərir.
Prezident İlham Əliyev xalqı və dövləti üçün misilsiz xidmət göstərən tarixi şəxsiyyətlər sırasına öz adını qızıl hərflərlə yazdı. Onun həyata keçirdiyi siyasətin strateji hədəfi güclü Azərbaycan dövlətinin formalaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların reallaşdırılması və s kimi həlli vacib məsələlər idi. Son illərdə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri- mümkün olsa da , bugünkü Azərbaycan məhz görülən işlərin , əldə olunan əsərlərin təqdimatıdır. O Azərbaycan ki, artıq çoxəsrlik tarixinə yeni bir səhifəni Zəfər gününü yazdı.
Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətlərində daim bu fikri qeyd edirdi ki, mən nəyi nə zaman edəcəyimi bilirdim.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

Şərh yazın