44 günlük Vətən müharibəsi Azərbaycan xalqının öz torpağına, dövlətinə və milli dəyərlərinə necə bağlı olduğunu bütün dünyaya göstərdi

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının öz torpağına, dövlətinə və milli dəyərlərinə necə bağlı olduğunu bütün dünyaya göstərdi

 

Əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı, qazilərimizin dözümü və xalqımızın birliyi tariximizin ən şərəfli səhifələrindən birini yaratdı.

Bu Qələbə bizə həm də böyük məsuliyyət verir. Biz əldə etdiyimiz nailiyyətləri qoruyub saxlamalı, şəhidlərimizin xatirəsinə daim ehtiram göstərməli, qazilərimizə diqqət və qayğı ilə yanaşmalı, azad edilmiş torpaqlarımızın inkişafına öz töhfəmizi verməliyik.

Zəfər Günü yalnız keçmişdə qazanılmış Qələbəni xatırlamaq üçün deyil, həm də gələcək məqsədlərimizi müəyyənləşdirmək üçün mühüm bir tarixdir. Bu günün əsas mesajı ondan ibarətdir ki, milli birlik, güclü dövlətçilik, düzgün siyasət və Vətən sevgisi hər bir uğurun əsasını təşkil edir.

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində öz tarixini özü yazdı, torpaqlarını özü azad etdi və bütün dünyaya sübut etdi ki, öz milli maraqlarına, dövlətinə və torpağına sahib çıxan xalq heç vaxt öz haqqından imtina etmir.

Bu gün Şuşada, Xankəndidə, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə və Laçında Azərbaycan Bayrağının dalğalanması həmin mübarizənin ən böyük nəticəsidir.

8 Noyabr – Zəfər Günü şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, qazilərimizin qəhrəmanlığına minnətdarlıq, Azərbaycan əsgərinin şücaətinə verilən qiymət və xalqımızın milli qürurunun ifadəsidir.

Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti öz inkişaf yolundan dönmədi. Ölkəmiz iqtisadiyyatını gücləndirdi, beynəlxalq əlaqələrini genişləndirdi, ordusunu müasirləşdirdi və gələcək Qələbə üçün lazımi şəraiti yaratdı. Azərbaycan xalqı inanırdı ki, bir gün doğma torpaqlarımız işğaldan azad ediləcək və məcburi köçkünlər öz evlərinə qayıdacaqlar.

Bu cür məkanların yaradılması bir daha göstərir ki, Azərbaycan xalqı öz tarixini unutmur. Biz əldə etdiyimiz Qələbənin hansı çətinliklər hesabına başa gəldiyini, bu yolda nə qədər şəhid verdiyimizi və neçə-neçə insanın sağlamlığını itirdiyini daim xatırlamalıyıq.

Bu tarix gələcək nəsillərə daim xatırladacaq ki, Azərbaycan xalqı öz torpaqlarına sahib çıxmaq üçün böyük mübarizə aparıb və bu mübarizədən qalib ayrılıb. Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, üçrəngli bayrağımız daim ucalarda olsun!

 

Xəyyam Məmmədov – Zərdab şəhər sakini, fəal gənc

 

Şərh yazın