Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir
Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq münasibətləri iqtisadi sahədə də uğurla inkişaf edir. Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı verdiyi bəyanat bu əməkdaşlığın geniş imkanlara malik olduğunu bir daha göstərdi. Bu gün iki ölkə arasında ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı və nəqliyyat sahələrində mühüm layihələr həyata keçirilir. Qarşılıqlı investisiyaların artırılması və ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması əsas hədəflərdən biridir. Sənaye kooperasiyası da əməkdaşlığın vacib istiqamətlərindəndir. Azərbaycan və Özbəkistanın birgə layihələri yeni istehsal sahələrinin yaradılmasına, iş yerlərinin açılmasına və iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradır.
Nəqliyyat sahəsində əməkdaşlıq isə xüsusi əhəmiyyət daşıyır. Trans-Xəzər nəqliyyat dəhlizinin inkişafı iki ölkənin Avropa və Asiya bazarlarına çıxış imkanlarını genişləndirə bilər. Kənd təsərrüfatı və emal sənayesində də qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələr üçün geniş imkanlar mövcuddur. Bu sahələrdə əməkdaşlığın genişlənməsi məhsul istehsalının artmasına, yeni bazarlara çıxışa və sahibkarlar arasında əlaqələrin möhkəmlənməsinə şərait yarada bilər.
Ümumilikdə, Azərbaycan–Özbəkistan münasibətləri yalnız siyasi və mədəni əlaqələrlə məhdudlaşmır. İqtisadi sahədə həyata keçirilən birgə layihələr göstərir ki, iki ölkə gələcəkdə daha böyük nəticələr əldə etmək üçün qarşılıqlı əməkdaşlığı davam etdirmək əzmindədir. Bu tərəfdaşlıq həm Azərbaycan, həm Özbəkistan, həm də bütövlükdə region üçün yeni iqtisadi imkanlar yaradır.
Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov

Şərh yazın