Buna görə də idmançılarımızın həm mübarizə meydanında, həm də ondan kənarda özlərini necə ləyaqətli apardıqlarını xüsusi vurğulamaq istərdim.
Buna görə də idmançılarımızın həm mübarizə meydanında, həm də ondan kənarda özlərini necə ləyaqətlə apardıqlarını xüsusi vurğulamaq istərdim. Azərbaycan idmançıları yalnız qazandıqları medallarla deyil, həm də davranışları, intizamları və vətənpərvərlik hissləri ilə hər zaman nümunə olurlar. Onlar iştirak etdikləri yarışlarda ölkəmizi layiqincə təmsil edir, Azərbaycan xalqının yüksək mənəvi dəyərlərini bütün dünyaya göstərirlər. İdman yalnız fiziki güc deyil, həm də insanın xarakterini formalaşdıran mühüm sahədir. Əsl idmançı rəqibə hörmət etməyi, qaydalara riayət etməyi və çətin anlarda belə özünü düzgün aparmağı bacarmalıdır. Sevindirici haldır ki, bizim idmançılarımız bu keyfiyyətlərə sahibdirlər. Onlar yarış zamanı böyük əzmkarlıq və cəsarət göstərməklə yanaşı, qələbə qazandıqda təvazökar davranır, məğlubiyyət zamanı isə ruhdan düşmədən yenidən çalışmağa davam edirlər. Beynəlxalq yarışlarda Azərbaycan idmançılarının davranışı hər zaman diqqət çəkir. Onlar öz çıxışları ilə yanaşı, mədəniyyətləri və yüksək tərbiyələri ilə də insanların rəğbətini qazanırlar. Xarici ölkələrdə keçirilən yarışlarda idmançılarımızın intizamlı və məsuliyyətli davranışı ölkəmiz haqqında müsbət fikir formalaşdırır. Bu isə Azərbaycanın nüfuzunun artmasına öz töhfəsini verir. İdmançılarımız gənclər üçün də gözəl nümunədirlər. Gənc nəsil onların uğurlarına baxaraq idmana maraq göstərir, sağlam həyat tərzini seçir və vətənə faydalı insan olmağa çalışır. Xüsusilə milli yarışlarda və beynəlxalq turnirlərdə nümayiş etdirdikləri birlik və vətən sevgisi hər kəsdə qürur hissi yaradır. Bu uğurların əldə olunmasında məşqçilərin, ailələrin və dövlətin dəstəyi də mühüm rol oynayır. Azərbaycanda idmana göstərilən diqqət nəticəsində idmançılarımız öz potensiallarını daha yaxşı inkişaf etdirə bilirlər. Onların qazandığı hər qələbə xalqımızın sevincinə çevrilir. Mən inanıram ki, idmançılarımız gələcəkdə də həm yarış meydanlarında böyük nailiyyətlər qazanacaq, həm də nümunəvi davranışları ilə Azərbaycan gəncliyinə örnək olacaqlar. Onlar hər zaman dövlətimizin adını uca tutacaq və xalqımıza yeni qürur anları yaşadacaqlar.
Azad Kərimli – Zərdab Gənclər evinin dərnək rəhbəri

Şərh yazın