Bayrağımız ucalanda xalqımız qürur duyur

Bayrağımız ucalanda xalqımız qürur duyur

 

Azərbaycan idmançıları beynəlxalq arenalarda qazandıqları uğurlarla ölkəmizin adını daim yüksəklərə qaldırır. Xüsusilə güləşçilərimizin parlaq çıxışları hər zaman diqqət mərkəzində olur və xalqımıza böyük sevinc bəxş edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən güləşçilərlə görüş keçirib. Görüş Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa Güləş Çempionatı yarışında böyük uğur qazanan idmançılara həsr olunub. Qəbulda yunan-Roma, sərbəst və qadın güləşi üzrə medal qazanan idmançılar və onların məşqçiləri iştirak ediblər. Prezident idmançıları təbrik edərək qeyd edib ki, onların qazandığı qələbələr təkcə şəxsi uğur deyil, bütün xalqın sevincidir. “Bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir”, – deyə dövlət başçısı vurğulayıb. Bu sözlər idmanın ölkəmiz üçün nə qədər önəmli olduğunu bir daha göstərir. Hər bir beynəlxalq yarışda səslənən dövlət himnimiz və ucalan bayrağımız xalqımızın birliyini və gücünü nümayiş etdirir. İdmançılarımızın uğurları hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrilir.

Görüş zamanı idmançılar göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, qazandıqları medalların arxasında böyük zəhmət dayanır və bu zəhmətin bəhrəsini ölkə rəhbərliyinin dəstəyi ilə daha da artırmağa çalışacaqlar. Sonda vurğulanıb ki,  Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər davamlı olacaq və üçrəngli bayrağımız beynəlxalq arenalarda bundan sonra da yüksəklərdə dalğalanacaq.

 

Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev

Şərh yazın