Çox perspektivli planlar, bir yerdə görüləcək çoxlu işlər qeyd edildi
Azərbaycan-Latviya ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amilin rolu çox mühümdür. “Azərbaycan-Latviya biznes-forumunda səsləndirilən fikirlər, qarşıya qoyulan hədəflər iki ölkənin iqtisadi əlaqələrinin aydın mənzərəsini təqdim etdi. Cənab Prezident Azərbaycanın malik olduğu iqtisadi imkanlardan geniş bəhs etdi. Vurğuladı ki, biz Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər gördük. Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, son dörd-beş il ərzində sürətli artımın şahidi olarıq. ÜDM-də qeyri-neft sənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır. Son iyirmi il ərzində iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı – 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır. Beləliklə, investisiya üçün əlverişli mühitin yaradılması qarşımızda duran hədəflərdən biri idi və buna böyük mənada nail olunub. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayı 16-dır və bu göstərici üzrə biz dünyada birinci yerdəyik. Biznes-forumda hər iki ölkənin ayrı-ayrı sahələrdə malik olduqları imkanlar fonunda əlaqələrimizin gələcək inkişafı geniş müzakirə olundu. Konkret nəticələrin əldə olunacağına böyük əminlik ifadə edildi”.
Səfər çərçivəsində əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması da diqqətdə oldu. Prezident cənab İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul etdilər. Həmçinin müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə əhəmiyyətli rol oynayacaq sənədlər də imzalandı.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini

Şərh yazın