Cənubi Qafqaz və Baltik regionunda təhlükəsizlik və yeni geosiyasi reallıqlar
Dünya sürətlə dəyişir və bu dəyişikliklər dövlətlərin xarici siyasətinə, təhlükəsizlik yanaşmalarına və regional əməkdaşlıq formatlarına da təsir göstərir. Məhz belə bir şəraitdə Azərbaycan və Latviya arasında aparılan müzakirələr xüsusi əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyevin Latviya Prezidenti Edqars Rinkeviçs ilə 2026-cı il aprelin 22-də Bakıda keçirilən görüşündə səsləndirdiyi “Biz, həmçinin Cənubi Qafqaz və Baltik regionda təhlükəsizlik məsələlərini, regional inkişafı və ətrafımızda baş verən hadisələri müzakirə etdik” fikri bu əməkdaşlığın strateji mahiyyətini ortaya qoyur.
Cənubi Qafqaz regionu uzun illərdir ki, mürəkkəb siyasi və təhlükəsizlik proseslərinin mərkəzindədir. Bu bölgədə sabitliyin qorunması təkcə yerli ölkələr üçün deyil, həm də daha geniş beynəlxalq mühit üçün vacibdir. Azərbaycan bu istiqamətdə sülhün, əməkdaşlığın və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafını əsas prioritet kimi müəyyən edib.
Eyni zamanda, Baltik regionu da Avropanın təhlükəsizlik arxitekturasında mühüm yer tutur. Latviya kimi ölkələr regional sabitlik, enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlıq məsələlərində aktiv rol oynayır. Bu baxımdan Cənubi Qafqaz və Baltik regionları arasında fikir mübadiləsi və təcrübə paylaşımı hər iki tərəf üçün faydalıdır. Görüş zamanı müzakirə olunan əsas mövzulardan biri də regionlarda baş verən hadisələrin ümumi təhlükəsizlik mühitinə təsiri olub. Qlobal səviyyədə baş verən siyasi və iqtisadi dəyişikliklər ölkələri daha çevik və koordinasiyalı siyasət aparmağa məcbur edir. Bu isə dialoq və əməkdaşlığın əhəmiyyətini daha da artırır. Azərbaycan və Latviya arasında aparılan müzakirələr göstərir ki, tərəflər təhlükəsizlik məsələlərinə yalnız milli çərçivədə deyil, regional və beynəlxalq kontekstdə yanaşırlar. Bu yanaşma gələcəkdə daha dayanıqlı və sabit əməkdaşlıq modelinin formalaşmasına imkan yaradır.
Regional inkişaf məsələləri də müzakirələrin mühüm hissəsini təşkil edib. İqtisadi əlaqələrin genişlənməsi, nəqliyyat layihələrinin inkişafı və enerji təhlükəsizliyi kimi sahələrdə əməkdaşlıq həm Cənubi Qafqaz, həm də Baltik regionu üçün yeni imkanlar yaradır. Ümumilikdə, Azərbaycan və Latviya arasında aparılan bu dialoq göstərir ki, təhlükəsizlik və regional inkişaf məsələləri artıq ayrı-ayrı ölkələrin deyil, bir-biri ilə əlaqəli regionların ümumi məsuliyyətinə çevrilib. Bu yanaşma isə daha sabit və əməkdaşlığa əsaslanan beynəlxalq mühitin formalaşmasına xidmət edir.
Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Kəmalə Əliyeva

Şərh yazın