Azərbaycan–Latviya münasibətləri yeni mərhələdə: Bakı görüşləri və strateji əməkdaşlıq

Azərbaycan–Latviya münasibətləri yeni mərhələdə: Bakı görüşləri və strateji əməkdaşlıq

Azərbaycan ilə Latviya arasında münasibətlər uzun illərdir qarşılıqlı hörmət və etimada əsaslanan möhkəm təməllər üzərində inkişaf edir. Dövlət başçıları arasında formalaşmış şəxsi dostluq münasibətləri də bu əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır. Tərəflərin bir-birini uzun illərdir tanıması və qarşılıqlı anlaşma mühiti ikitərəfli əlaqələrin daha da genişlənməsinə əlverişli zəmin yaradır. Latviya Prezidentinin Azərbaycana səfəri çərçivəsində Bakıda yüksək səviyyəli görüşlər keçirilib. Səfər zamanı Azərbaycan və Latviya prezidentlərinin həm təkbətək, həm də geniş tərkibdə görüşləri baş tutub. Bu görüşlərdə siyasi dialoqun inkişafı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səfərin mühüm hadisələrindən biri də Bakıda keçirilən Azərbaycan–Latviya biznes-forumu olub. Forum çərçivəsində hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi, yeni investisiya imkanlarının araşdırılması və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə edilib. Bu tədbir iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.

Bununla yanaşı, səfər zamanı Azərbaycan ilə Latviya arasında müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalanıb və mübadilə edilib. Bu sənədlər gələcək əməkdaşlığın hüquqi bazasını möhkəmləndirərək, tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişafına təkan verəcək. Ümumilikdə, Latviya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə, qarşılıqlı əlaqələrin genişlənməsinə və strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına xidmət edir.

Gülağa İgəndərov – Zərdab Rayon Təhsil Sektorunun müdiri

Şərh yazın