Bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir.
Azərbaycan Respublikasında idman sahəsi son illər ərzində sürətli inkişaf yolu keçmiş və dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu inkişafın əsas səbəblərindən biri ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğıdır. Xüsusilə Prezident İlham Əliyevin idmançılara mütəmadi göstərişləri, onların uğurlarını yüksək qiymətləndirilməsi bu sahəyə verilən önəmin nümunəsidir. Avropa çempionatında komanda hesabında qalib gəlmiş güləşçilər keçirilən görüşdə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Həmin görüş zamanı Prezident İlham Əliyev Azərbaycan güləşçilərinin əldə etdiyi uğurları yüksək qiymətləndirmiş və bu qələbənin bütün xalq üçün böyük sevinc mənbəyi olduğunu vurğulamışdır. Komanda hesabında Avropa çempionu olmaq idman tariximizdə mühüm naliyyətlərdən biri hesab olunur. Bu uğur gərgin rəqabət şəraitində əldə olunmuş və idmançılarımızın yüksək peşəkarlığını nümayiş etdirmişdir. Azərbaycan güləş məktəbi zəngin ənənələrə malikdir. Bu ənənələr nəsildən nəsilə ötrülərək bu gündə uğurla davam etdirilir. Tanınmış idmançıların təcrübəsi gənc nəslin yetişməsində mühüm rol oynayır. Yeni nəsil güləşçilərin beynəlxalq yarışlarda qazandığı nəticələr göstərir ki, ölkədə idman sahəsində düzgün strategiya həyata keçirilir. İdmanın inkişafında infrastruktur amilidə mühüm rol oynayır. Azərbaycanın müxtəlif bölgələrində tikilmiş Olimpia idman kompleksləri və müasir məşq zalları gənclərin idmana cəlb olunmasına geniş imkan yaradır. Bu şərait istedadlı gənclərin aşkara çıxmasına və onların peşəkar səviyyədə yetişməsinə kömək edir. İdman yalnız fiziki inkişaf vasitəsi deyil, eyni zamanda cəmiyyətin mənəvi dəyərlərinin formalaşmasına təsir edən mühüm sahədir. Beynəlxalq yarışlarda qazanılan qələbələr xalqda qürur hissi yaradır və milli birliyi möhkəmləndirir. Azərbaycan bayrağının yüksəlməsi və himnin səsləndirilməsi hər bir vətəndaş üçün fəxr mənbəyidir. Son illərdə qadın güləşinin inkişafıda diqqət çəkir. Qadın idmançıların beynəlxalq arenada qazandığı uğurlar göstərir ki, bu sahədə də böyük potensial mövcuddur. gənc qızların idmana marağının artması gələcək uğurların davamlı olacağına əsas verir. Bununla yanaşı, idmançılar yalnız yarış meydanında deyil, gündəlik həyatda da nümunəvi davranış sərgiləməlidirlər. Onların cəmiyyətdəki mövqeyi və davranışı gənc nəslə bir başa təsir göstərir. Azərbaycan idmançılarının yüksək mənəvi keyfiyyətlərə malik olması baxımdan xüsusi əhəmiyyət kəsb edir. Nəticə etibarilə Prezident İlham Əliyevin güləşçilərlə görüşü Azərbaycan idmanının inkişafının mühüm göstəricilərindən biridir. Bu görüş idmançılar üçün əlavə motivasiya yaradır. Azərbaycan idmanı dövlət dəstəyi və mövcud potensial sayəsində gələcəkdə də yeni zirvələr fəth edəcək və üçrəngli müqəddəs bayrağımız qalib ölkənin bayrağı kimi dalğalanmaqla ölkəmizin beynəlxalq nüfuzu daha da artacaqdır.
- Zərdabi adına Əlvənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru E. Xəlilov

Şərh yazın