Tanınmış idmançılar daim cəmiyyətin diqqət mərkəzindədirlər

İdman sahəsində böyük uğurlar qazanan şəxslər cəmiyyət tərəfindən hər zaman maraqla izlənilir. Onların qazandığı qələbələr, göstərdikləri əzmkarlıq və zəhmət gənclər üçün nümunəyə çevrilir. Məhz buna görə də tanınmış idmançılar daim diqqət mərkəzində olur və onların fəaliyyəti geniş ictimaiyyət tərəfindən izlənilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa Güləş Çempionatı yarışında komanda hesabında Avropa çempionu olan, həmçinin yunan-Roma, sərbəst və qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.

Görüş zamanı dövlət başçısı idmançıları təbrik edərək onların uğurlarının ölkə üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, tanınmış idmançılar yalnız yarış meydanlarında deyil, gündəlik həyatda da gənclərə nümunə olurlar. Onların qazandığı nailiyyətlər idmana marağı artırır və yeni nəsli sağlam həyat tərzinə istiqamətləndirir. İdmançılar isə öz növbəsində göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, qazandıqları uğurların məsuliyyəti böyükdür və hər zaman ölkəni layiqincə təmsil etməyə çalışırlar.

Belə görüşlər bir daha sübut edir ki, idmançılar cəmiyyətin vacib hissəsidir. Onların uğurları xalqın qürur mənbəyinə çevrilir və Azərbaycan idmanının inkişafına mühüm töhfə verir.

 

Zərdab rayon Hüseynxanlı kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi-Əfsun Nuriyev

Şərh yazın