Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlıq yeni mərhələdə

Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlıq yeni mərhələdə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən yüksək səviyyəli görüş iki ölkə münasibətlərində mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Görüşdən sonra dövlət başçıları mətbuata birgə bəyanatla çıxış edərək əməkdaşlığın əsas istiqamətlərini və gələcək planları açıqlayıblar. Prezident cənab İlham Əliyev çıxışında Azərbaycan ilə Ukrayna arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin tarixən möhkəm təməllərə söykəndiyini vurğulayıb. O bildirib ki, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Dövlət başçısı qeyd edib ki, bu prinsipial mövqe qarşılıqlı etimadın əsasını təşkil edir.Enerji sahəsində əməkdaşlıq xüsusi diqqət mərkəzində olub. Prezident İlham Əliyev Azərbaycanın enerji resurslarının Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni vurğulayaraq, Ukrayna ilə bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib. O əlavə edib ki, nəqliyyat və logistika sahələrində də yeni layihələr üzərində iş aparılır və bu istiqamət regional əlaqələrin güclənməsinə xidmət edəcək. Öz növbəsində, Prezident Volodimir Zelenski Azərbaycanın Ukrayna üçün etibarlı tərəfdaş olduğunu qeyd edib. O, ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayaraq, xüsusilə ticarət dövriyyəsinin artırılması üçün konkret addımların atılacağını bildirib. Zelenski həmçinin humanitar sahədə əməkdaşlığın və xalqlar arasında əlaqələrin inkişafının önəmini qeyd edib.

Birgə bəyanatda regional təhlükəsizlik məsələlərinə də toxunulub. Tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini bir daha təsdiqləyərək, münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar. Bu kontekstdə qarşılıqlı dəstək və həmrəylik mesajları xüsusi yer tutub. Görüşün nəticələri göstərir ki, Azərbaycan və Ukrayna arasında münasibətlər dinamik inkişaf edir və müxtəlif sahələri əhatə edən əməkdaşlıq gündəliyi daha da genişlənir. Dövlət başçılarının səsləndirdiyi fikirlər və əldə olunan razılaşmalar gələcəkdə daha sıx tərəfdaşlığın qurulacağına işarə edir.

 

 Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Aliyə Rüstəmova

Şərh yazın