Bir sözlə, bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir
Azərbaycan və Latviya dövlətləri İkitərəfli iqtisadi əlaqələrin daha səmərəli təşkili məqsədilə koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu çərçivədə planlar və investisiya imkanları barədə mütəmadi məlumat mübadiləsinin aparılması nəzərdə tutulur. Bu yanaşma hər iki ölkənin biznes dairələri üçün daha şəffaf və proqnozlaşdırıla bilən mühit yaradır. Şirkətlərin informasiya əldə etməsi onların fəaliyyətini daha səmərəli planlaşdırmasına və yeni layihələrə daha asan daxil olmasına şərait yaradır. Nəticədə iqtisadi əməkdaşlıq daha sistemli və davamlı xarakter alır. Müzakirə olunan mühüm istiqamətlərdən biri də birbaşa uçuşların təşkili məsələsidir. Mövcud beynəlxalq şəraitdə aviasiya sektorunda yaranan müəyyən çətinliklər fonunda bu addım strateji əhəmiyyət daşıyır. Birbaşa hava əlaqələrinin qurulması yalnız nəqliyyat sahəsində deyil, həm də turizm, biznes və humanitar əlaqələrin inkişafında mühüm rol oynayacaq. Bu təşəbbüs ölkələr arasında qarşılıqlı səfərləri daha əlçatan və operativ edəcək, eyni zamanda iqtisadi və mədəni mübadilənin intensivləşməsinə şərait yaradacaqdır.
Görüşdə regional təhlükəsizlik məsələləri də geniş müzakirə olunub. Həmin proses çərçivəsində iqtisadi əlaqələrin bərpası, ticarətin başlanması və müxtəlif səviyyələrdə təmasların qurulması sabitliyin möhkəmlənməsinə xidmət edir. Burada vurğulanan əsas məqam ondan ibarətdir ki, münaqişələrin həlli yalnız hərbi vasitələrlə deyil, məhz siyasi iradə və strateji qərarlar əsasında mümkündür. Bu yanaşma beynəlxalq təcrübədə də mühüm nümunə kimi çıxış edir. Latviya Prezidentinin ölkəmizə səfəri ikitərəfli münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirir. Siyasi dialoqun intensivliyi, iqtisadi əməkdaşlığın genişlənməsi, humanitar əlaqələrin dərinləşməsi və təhlükəsizlik məsələlərində ortaq yanaşmalar bu tərəfdaşlığın strateji xarakter daşıdığını təsdiqləyir. Səfər çərçivəsində əldə olunan razılaşmalar və aparılan müzakirələr yaxın perspektivdə konkret layihələrin reallaşmasına və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Dərya Əhmədova
Zərdab rayon Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru

Şərh yazın