Birbaşa uçuşlar: Azərbaycan–Latviya əlaqələrində yeni yaxınlaşma imkanı

Birbaşa uçuşlar: Azərbaycan–Latviya əlaqələrində yeni yaxınlaşma imkanı

 

Müasir dövrdə ölkələr arasında əlaqələrin sürətli inkişafında nəqliyyat və xüsusilə aviasiya əlaqələri mühüm rol oynayır. Birbaşa uçuşlar insanların səfərlərini asanlaşdırmaqla yanaşı, turizmin, biznes əlaqələrinin və mədəni təmasların genişlənməsinə də ciddi təsir göstərir. Prezident İlham Əliyevin Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda qeyd etmişdir ki, Azərbaycan və Latviya arasında birbaşa hava əlaqələrinin yaradılması hər iki ölkə üçün yeni imkanlar açır. Hazırda insanlar səyahət edərkən çox vaxt tranzit ölkələrdən istifadə etməli olurlar ki, bu da həm vaxt itkisinə, həm də əlavə xərclərə səbəb olur. Birbaşa uçuşların təşkili isə bu çətinlikləri aradan qaldıra bilər. Belə uçuşların açılması turizm sahəsinə müsbət təsir göstərə bilər. Azərbaycan təbiəti, tarixi və mədəni irsi ilə Avropa turistləri üçün cəlbedici ölkələrdən biridir. Eyni zamanda Latviya da Azərbaycan vətəndaşları üçün maraqlı turizm istiqaməti ola bilər. Birbaşa reyslər bu qarşılıqlı axını daha da gücləndirə bilər. Biznes əlaqələri baxımından da birbaşa uçuşlar mühüm əhəmiyyət daşıyır. İş adamları üçün tez və rahat səyahət imkanı investisiya mühitini daha da əlverişli edir. Bu isə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsinə şərait yaradır. Humanitar əlaqələr də birbaşa uçuşlardan faydalana bilər. Tələbələr, alimlər, mədəniyyət xadimləri və ailələr arasında səfərlər daha rahat və əlçatan olar. Bu da xalqlar arasında yaxınlığın artmasına gətirib çıxarır.

Birbaşa aviareyslər həm də ölkələr arasında strateji əlaqələrin güclənməsinə xidmət edir. Nəqliyyat bağlantılarının inkişafı ümumilikdə regional əməkdaşlığı da daha dinamik edir. Nəticə etibarilə, Azərbaycan və Latviya arasında birbaşa uçuşların nəzərdən keçirilməsi iki ölkə münasibətlərində praktik və faydalı bir addım kimi qiymətləndirilə bilər. Bu təşəbbüs həyata keçirildiyi təqdirdə həm iqtisadi, həm mədəni, həm də insanlara yaxınlıq baxımından mühüm nəticələr verə bilər.

 

Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının tərbiyəçisi-Zeynəb  Allahverdiyeva

Şərh yazın