Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması.
1992-ci il fevralın 26-da baş verən Xocalı soyqırımı XX əsrin ən faciəli hadisələrindən biri kimi Azərbaycan tarixində dərin iz qoyub. Dinc əhaliyə qarşı törədilən bu qətliam nəticəsində yüzlərlə insan həyatını itirdi, minlərlə sakin doğma yurd-yuvasından didərgin düşdü. Bu hadisənin beynəlxalq səviyyədə tanınması istiqamətində son illərdə mühüm addımlar atılıb.
Azərbaycan dövləti və diaspor təşkilatları Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl fəaliyyət göstərir. Müxtəlif ölkələrin parlamentlərində məsələ müzakirəyə çıxarılmış, bir sıra dövlətlər və ABŞ-ın bəzi ştatları Xocalı hadisələrinə siyasi-hüquqi qiymət verərək onu soyqırımı və ya kütləvi qırğın kimi tanımışlar. Bu qərarlar faciənin beynəlxalq hüquq müstəvisində tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Xocalı ilə bağlı məlumatlandırma kampaniyaları, konfranslar və sərgilər dünyanın müxtəlif şəhərlərində təşkil olunur. Bu təşəbbüslər nəticəsində beynəlxalq ictimaiyyət münaqişə dövründə mülki əhaliyə qarşı törədilən cinayətlər barədə daha dolğun məlumat əldə edir. Xüsusilə “Justice for Khojaly” kimi beynəlxalq kampaniyalar həqiqətlərin yayılmasında mühüm rol oynayıb.
Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması təkcə tarixi ədalətin bərpası deyil, həm də gələcəkdə oxşar faciələrin qarşısının alınması baxımından vacibdir. Bu istiqamətdə səylərin davam etdirilməsi, hüquqi və siyasi müstəvidə ardıcıl iş aparılması böyük əhəmiyyət kəsb edir. Xocalı qurbanlarının xatirəsi isə dünya yaddaşında layiqli yerini tapmalıdır.
Zərdab rayon Şəftəhal kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sədiyar Xəlilov

Şərh yazın