Bir qrup Zərdab rayon sakinləri rayon icra hakimiyyətinin başçısına müraciət etdilər-FOTO

Zərdabda bir qrup kamaz sürücüləri rayon icra hakimiyyətinin başçısına müraciət ünvanlayıblar.

Avrasiya.az xəbər verir ki, həmin şəxslər bildirirlər ki, kəndlərdə düzlu su yığılması üçün kanallarının və su kanallarının təmizlənməsi üçün dövlət idarələri tərəfindən qazılaraq təmizlənilir.

Kənara toplanmış qrunt qullarının daşınması üçün (sakinlər iddia edirlər ki, bu qrunt qumlar heç bir idarənin balansında deyil) bizə adlarını “blogger” qoymuş iki nəfər (Ətraf və Laçın) bizləri videoya çəkərək şantaj edirlər.Belə ki, onların istədiyi pulu verməyəndə bizim video və şəkillərimizi sosial şəbəkələrdə paylaşırlar.

Sizin saytınız vasitəsilə cənab başçıdan köməklik istəyirik ki, bu insanlar haqqında bir ölçü götürülsün.

Hamımız aztəminatlı ailəyik ,ailəmizi dolandırmaq üçün gecə-gündüz çalışırıq.Cox xahiş edirik ki, bizə köməklik göstərsinlər.

Şərh yazın