14 Saylı Təcili Yardım Stansiyasında çalışan Pərvanə Fətullayevaya Təbrik

14 Saylı Təcili Yardım Stansiyasında çalışan Pərvanə Fətullayeva Sizi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirik.

Avrasia.az xəbər verir ki, həkim olmaq fədakarlıqdır. Həkimlik çox nəcib peşədir. İnsanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq müqəddəs və şərəfli bir vəzifədir.

Pərvanə xanım kimi savadlı həkimlər sayəsində onlarla, yüzlərlə xəstə insanlar sağlamlığına qovuşur. O, hər zaman öz peşə məsuliyyətinə sadiq qalan həkimlərimizdən biridir. Yeni ildə arzumuz odur ki, canınız sağ, həyatınızda hüzur daimi olsun.

Sizin kimi savadlı həkimlərimizin sayı nə qədər çox olarsa, həyat eşqi yarımçıq qalmayan insanların da sayı çox olar. Söz var insanı dağa qaldırar, söz də var dağdan salar. Pərvanə həkim bütün xəstələrinə ruhi qida verir. O, səmimiyyəti ilə öz xəstələrinin hər zaman hörmətini qazanmağı bacarıb.

Bir daha sizi ürəkdən təbrik edirik.

 

Şərh yazın