Azərbaycan xalqı hər zaman Prezident İlham Əliyevi dəstəkləyib

Azərbaycan xalqı hər zaman Prezident İlham Əliyevi dəstəkləyib.

 Azərbaycanın müstəqillik tarixində 15 oktyabr 2003-cü il mühüm tarixi bir gündür. Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən elə tarixi günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası qoyulub. Belə mühüm günlərdən biri də oktyabr ayının 15-nə təsadüf edir. 2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması, ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, insan kapitalının inkişafı, xalqın mədəni və milli-mənəvi irsinin qorunub saxlanılması, mühüm transmilli enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsi xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir.

Ötən dövrə, verilən vədlərə nəzər yetirərkən görürük ki, illər ərzində həyata keçirilən siyasət, atılan addımlar və onların uğurlarına əsaslanan tədbirlər Azərbaycan xalqının ideologiyasını gücləndirdi. Prezident İlham Əliyevin atdığı addımlarla, verdiyi qərarlarla Azərbaycan siyasi, iqtisadi cəhətdən gücləndi. Xalq–Prezident birliyi xüsusilə Vətən müharibəsi dövründə özünün ən yüksək zirvəsinə çatmışdır. Prezident İlham Əliyevin qətiyyətli liderliyi, ordumuzun gücü və xalqımızın sarsılmaz dəstəyi nəticəsində Azərbaycan tarixi Zəfər qazanmış, ərazi bütövlüyü və suverenliyi bərpa edilmişdir. Bu böyük Qələbə milli həmrəyliyin, güclü dövlətçilik iradəsinin və Prezidentə olan yüksək etimadın bariz nümunəsi kimi tarixə yazılmışdır. Qazanılan Zəfər Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması, ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, insan kapitalının inkişafı, xalqın mədəni və milli-mənəvi irsinin qorunub saxlanılması, mühüm transmilli enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsi xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir.

Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 22 il ərzində ölkəmizdə bütün istiqamətlərdə uğurlar əldə edildi və ölkəmizin bölgədə və dünyada mövqeləri xeyli dərəcədə möhkəmləndi. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi.

Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev

Şərh yazın