Gələcəyə hesablanmış dövlət siyasəti

Gələcəyə hesablanmış dövlət siyasəti.

Müasir dövrdə dövlətlərin dayanıqlı inkişafı və beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi uzaqgörən, strateji düşüncəyə əsaslanan siyasətdən asılıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti məhz gələcəyə hesablanmış, milli maraqlara söykənən və uzunmüddətli hədəfləri özündə birləşdirən bir idarəetmə modelidir. Bu siyasət Azərbaycanın həm daxili inkişafında, həm də beynəlxalq mövqelərinin güclənməsində mühüm rol oynayır.

Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətin prioritet istiqamətləri olacaqdır.

Təhsil və insan kapitalının inkişafı Prezident İlham Əliyevin siyasətində prioritet istiqamətlərdən biridir. Müasir təhsil müəssisələrinin yaradılması, gənclərin bilik və bacarıqlarının artırılması, innovasiya və elmin təşviqi ölkənin gələcək inkişafını təmin edən əsas amillər kimi çıxış edir. Bu siyasət Azərbaycanın rəqabətqabiliyyətli və bilikli cəmiyyət qurmaq məqsədinə xidmət edir.

Xarici siyasət sahəsində də gələcəyə yönəlmiş balanslaşdırılmış yanaşma özünü aydın şəkildə göstərir. Azərbaycan beynəlxalq hüquqa əsaslanan, müstəqil və praqmatik xarici siyasət xətti yürüdərək regional və qlobal proseslərdə etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin diplomatik fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirak edir və milli maraqlarını qətiyyətlə müdafiə edir.

Eyni zamanda, milli təhlükəsizliyin təmin olunması və suverenliyin möhkəmləndirilməsi dövlət siyasətinin əsas dayaqlarındandır. Güclü ordu quruculuğu, müasir texnologiyaların tətbiqi və milli birliyin möhkəmləndirilməsi gələcəyə hesablanmış təhlükəsizlik strategiyasının tərkib hissəsidir. Bu yanaşma Azərbaycanın sabitliyini və müstəqil inkişafını təmin edir.

Cənab Prezident İlham Əliyevin fəaliyyəti əsasında formalaşan dövlət siyasəti strateji düşüncəyə, davamlı inkişafa və milli maraqlara əsaslanır. Bu siyasət yalnız bu günü deyil, Azərbaycanın gələcəyini də hədəfləyərək ölkənin uzunmüddətli inkişafını təmin edən möhkəm və etibarlı yol xəritəsi rolunu oynayır.

 

Nahidə Əzizli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi

Şərh yazın