Cənab Prezidentin fəaliyyəti Azərbaycanın gücünü, nüfuzunu və sabitliyini təmin edən əsas sütundur
Azərbaycanın son illərdə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir. Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır.
Xalqımıza böyük qürur bəxş edən son hadisələr Vətən Savaşında əldə olunan Zəfərdən sonra aparılan hərbi-siyasi proseslərin, yenə də məhz möhtərəm Prezidentimizin “Dəmir yumruğ”unun qəti qələbəsidir.
Cəmi 23 saat ərzində həyata keçirilən lokal miqyaslı antiterror tədbirləri nəticəsində qazanılan nailiyyət tarixi Zəfərin ildönümü ərəfəsində xüsusi əhəmiyyət kəsb edir. İlham Əliyevin dövlət başçısı seçilməsindən bu günə qədər ədəbiyyat və mədəniyyət sahəsinə göstərilən tükənməz dövlət qayğısı da, Ulu öndər Heydər Əliyevin bu sahədəki ənənələrindən qidalanır. Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın mədəniyyət siyasətinin ana xəttini xalqımızın milli dəyərlərini qorumaq, təbliğ etmək təşkil edir. Ulu Öndərin siyasi kursunu bütün sahələrdə ləyaqətlə davam etdirən Prezident İlham Əliyev də ölkəmizə rəhbərlik etdiyi dövrdən etibarən mədəniyyət sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşıb. Bu diqqət sayəsində mədəniyyət sahəsində daimi olaraq əsaslı islahatlar aparılıb, milli-mənəvi dəyərlərimizin inkişafı diqqət mərkəzində saxlanılıb. Azərbaycan dövlət başçımızın siyasəti nəticəsində ildən-ilə daha qüdrətli dövlətə çevrilir. Mədəniyyətimizə, tarixi-mədəni sərvətlərimizin qorunması və bərpasına dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı xalq tərəfindən həmişə rəğbətlə qarşılanmaqdadır.
Ötən 22 il ərzində dövlət başçısının uğurlu siyasətinin bir hissəsi olan mədəniyyət siyasəti nəticəsində bu sahənin inkişafı daha geniş vüsət alıb. Eləcə də bu gün ölkəmizin beynəlxalq siyasi və mədəni nüfuzunun möhkəmlənməsi prosesi sürətlə davam edir. Cənab Prezidentin fəaliyyəti Azərbaycanın gücünü, nüfuzunu və sabitliyini təmin edən əsas sütundur. Bütün Azərbaycan xalqı Qalib Lider İlham Əliyevin bundan sonra da xalqımıza hələ çox qürurlu, şanlı günlər yaşadacağına tam əmindir.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru

Şərh yazın